Vaginismus Nədir, Baş Vermə Səbəbi Nədir?
Vajinismus, cinsi əlaqə əsnasında vaginanın girişindəki əzələlərin qeyri-iradi şəkildə sıxılması nəticəsində əlaqə yaşana bilməməsi olaraq da təsvir edilə bilər. Cəmiyyətimizdə vaginismus xəstəliyinin görülmə sıxlığı dəqiq olaraq bilinməsə də 10%-ə yaxın olduğu fərz edilir.
Qadının cinsi əlaqədə olmaq istəyi olduğu halda istəmədən sıxılmasının bir çox səbəbi ola bilər. Lakin ümumi olaraq vaginismusun səbəbi cinsəlliklə əlaqəli yanlış və sağlam olmayan məlumatların şüuraltına yerləşməsindən qaynaqlanır. Cinsəl məhdudiyətlər, yetərsiz seks məlumatı, hədsiz həyəcan, cinsəl istismar və s. səbəblər qadın bədəninin belə bir reaksiya verməsinə səbəb olur. Əgər cütlük, övlad sahibi olmaq barəsində ətraflarından təzyiq görürsə, vəziyyət daha da çıxılmaz bir hal ala bilər.
Vaginismusun Göstəriciləri Nələrdir?
Vajinismusun göstəriciləri insandan insana dəyişməsi ilə bərabər ümumi olaraq aşağıdakı göstəricilər müşahidə edilir:
- Cinsi əlaqənin gerçəkləşməməsi və ya yarımçıq gerçəkləşməsi
- Cinsi əlaqə əsnasında ağrı hiss etmə
- Cinsi əlaqədən və ginekoloji müayinədən qorxmaq
- Fərqli mövqelərdə cinsi əlaqəyə girə bilməmək
- Vagina içərisinə fitil və ya tampon yerləşdirə bilməmək
Vaginismus Xəstələri Hamilə Qala Bilərmi?
Vaginismus xəstələri aşılama ya da süni mayalanma yolu ilə övlad sahibi ola bilərlər. Mərkəzimizə müraciət edən cütlüklərimizdə təkrarlanan sonsuzluqluq araşdırmaları edilərək övlad sahibi olmalarına maneə olan fərqli bir problemin olub-olmadığı yoxlanılır.
Qadınlarda adətin 2 və ya 3. günündə hormon analizləri, yumurta rezervini dəyərləndirən testlər, uşaqlıq filmi və genetik testlər tətbiq olunur. Kişiden isə sperma sayını ölçən spermaqram testi götürülür. Əgər cütlükdə sonsuzluğa səbəb ola biləcək hər hansı bir problem aşkarlanmazsa, aşılama üsulu ilə hamiləlik həyata keçirilə bilər. Sperma və ya yumurtalıqlarla bağlı bir problem yaşanmırsa, cütlüyə özəl bir süni mayalanma müalicəsi hazırlanır.