Ultrasəs nədir?
Ultrasəs insan qulağının eşitmədiyi yüksək frekanslı səs dalğalarının toxumaya göndərilməsi və toxumalardan əks olunan səs dalğalarının ultrasəs cihazında çözümlənməsi əsasına dayanan bir görüntüləmə üsuludur. Bu şəkildə qaraciyər, böyrəklər və ürək kimi iç orqanlara baxıla bilər, ana qarnındakı uşağın (döl) dəyərləndirilməsi edilə bilər.
Ultrasəsi ana və döl sağlamlığına zərər verər mi?
Ultrasəs cihazı səs dalğaları ilə çalışır və “etibarlı” olaraq təsvir edilir. Rentgen filmi ya da tomoqrafiyada olduğu kimi radiasiyaya məruz qalınmır.
Kim tərəfindən icra olunmalıdr?
Ultrasəs ilə dölün dəyərləndirilməsi bu mövzuda təcrübəli həkimlər tərəfindən uyğun ləvazimatlar istifadə edilərək edilməlidir. Dəyərləndirmə tibbi gərəkliliyin (endikasyon) olduğu hallarda və müəyyən hamiləlik həftələrində edilir.
Hamiləlik əsnasında ultrasəs icra edilməsi gərəklimidir?
Ultrasəs hamiləlik müayinəsinin bir parçasıdır, ancaq hamiləlik təqibi ultrasəs ilə edilmir. Hamiləlik təqibində əsas olan ananın sağlamlığıdır. Ananın sağlamlığının önəmli göstəriciləri olan təzyiq və çəki ölçüsü, qan sayımı və sidik analizi kimi analizlər öncəliklə edilməlidir.
Ultrasəs niyə həyata keçirilməlidir?
Ultrasəs hamiləliyin müəyyən həftələrində və ya endikasyon varlığında hamilənin şikayətlərinə görə hər hansı bir zaman edilə bilər.
İlk həftələr: Hamiləlik yaşının doğrulanması, döl sayının müəyyən olunması
10-14. hamiləlik həftələri: Fetal yaşın müəyyən edilməsi, ənsə sağlamlığı (NT), və burun sümüyü ölçüsü, ürək döyüntüsünün sayılması, çox sayda hamiləliklərdə plasentanın dəyərləndirilməsi
16-18. hamiləlik həftələri: Fetal yaşın müəyyən edilməsi
22-23. hamiləlik həftələri: Fetal struktur dəyərləndirmə və anormallıq baxışı, uşaqlıq ağzı (serviks) boyunun ölçülməsi, plasentanın servikslə olan əlaqəsinin dəyərləndirilməsi, fetal yaşın müəyyən edilməsi.
32. hamiləlik həftəsi: Fetal inkişafın və dölün içində olduğu mayenin (amnion), fetal vəziyyətin dəyərləndirilməsi
Bu həftələr xaricində də gərəkli hallarda (erkən doğum hərəkəti, vaginal qanama, fetal hərəkətlərdə azalma kimi) və həkiminizin uyğun gördüyü aralıqlarla ultrasəs dəyərləndirmə edilə bilər.
Vaginal ultrasəs zərərlimidir?
Vaginal ultrasəs anaya ya da dölə zərər verən bir işləm deyildir. İnfeksiya, düşük ya da erkən doğuma yol açmır, əksinə düşük təhlükəsi ya da erkən doğum riskinin dəyərləndirilməsində plasentanın serviks ilə olan qonşuluğunun araşdırılmasında istifadə edilir. Qayda olmamaqla birlikdə ilk 3 ay içində hamiləliyin diaqnozu, sayı, embrionun (ilk 12 həftədə uşaq) ürək döyüntülərinin sayılması və xarici hamiləlik olub-olmadığının aşkarlanmasında istifadə edilir.
Ultrasəs ilə dölə aid bütün problemlərin diaqnozu qoyula bilərmi?
Ultrasəs dölün sağlamlığı haqqında bizə önəmli məlumatlar verir. Ancaq dölün bütün problemlərinin ultrasəs ilə diaqnozu mümkün deyil. Bütün hamiləliklərin 3%-də döldə bir struktural anormallıq aşkarlana bilər. Mövcud problemin ciddiyəti, döldəki xəstəliyin struktural olaraq uşaqda əlamətə yol açması doğru diaqnozda önəmlidir. Anormallıq diaqnozu operatorun təcrübəsinə və istifadə edilən avadanlığa bağlıdır. Uşaqda doğumdan sonra bir anormallıq aşkarlanması həkimin hamiləlik müddətincə etdiyi sonoqrafiyalarda anormallığı aşkarlamadığı mənasına gəlmir. Bəzi problemlərin diaqnozu olaraq da ancaq hamiləliyin son aylarında mümkün ola bilir. Ultrasəsdə anormallığın təyini ehtimalı operatorun təcrübəsinə və avadanlıqların texniki xüsusiyyətlərinə görə 28%-lə 80% arasında dəyişməkdədir.
Nəticə olaraq hamiləlik əsnasında edilən və normal olaraq hesabat verilən ultrasəs baxışı o əsnada edilən müşahidədə bir problem müəyyən edilmədiyinin ifadəsidir. Perinatoloji (hamiləlik və problemləri ilə bağlı elm sahəsi) ilə maraqlanan həkimlər tərəfindən edilən ultrasəsdə belə anormallıqların 100% doğru müəyyənləşdirilməsi mümkün deyildir. Ultrasəs diaqnoz struktural problemlərlə bağlıdır. Ağdəniz anemiyası, kistik fibroz kimi hüceyrəsəl səviyyədəki xəstəliklər ultrasəs ilə tanınmır. Şübhəli hallarda ikinci bir görüş istənə bilir.