Hamiləliyin 20. həftəsindən əvvəl baş verən hamiləlik itkilərinə düşük deyilir. Qadının yaşının irəliləmiş olması düşük hallarının yaşanmasında önəmli bir risk faktorudur. Təkrarlanan düşükler daha öncə ardıcıl 3 və üzəri hamiləlik itkisi olan hallara verilən addır və sıxlığı 1%-dir.
Təkrarlanan Düşüklərin Səbəbləri
- Uşaqlıqda olan pozğunluqlar və uşaqlıq ağzı çatışmazlığı
- Xromosomla bağlı pozğunluqlar
- İnfeksiyalar
- Hormonal pozğunluqlar
- İmmunitet sistemi xəstəlikləri
- Ekoloji və digər faktorlar
Təkrarlanan düşüklər üçün edilən testlər ilə düşük səbəbi müəyyənləşdirilə bilir. Bu testler aşağıdakı kimidir;
- Cütlüklərin karyotip analizləri, yəni qanda xromosom testləri.
- Uşaqlıqla bağlı problemləri tanımaq üçün ultrasonografi, uşaqlıq filmi (HSG) və lazım gəldikdə histeroskopiya.
- İmmunoloji (immunitet sistemi ilə əlaqəli) səbəbləri müəyyən etmək üçün antifosfolipid antikorların (lupus antikoagulanı, antikardiyolipin antikorları) qanda baxılması.
- Tiroid testləri, aclıq qan şəkəri və ya şəkər yükləmə testi.
- Trombofili (laxtalanmaya meyillilik) hallarını müəyyənləşdirmək üçün qadının qanında bəzi faktorların araşdırılması (Antitrombin III, protein C, protein S, homosistein, faktor V Leiden mutasiyası).
- İnfeksiyalar üçün vaginal kültürün alınması.
Düşük Göstəriciləri Nələrdir?
Düşükdə ən sıx rast gəlinən göstərici vaginal qanamadır. Qanama ləkə şəklində başlayıb artaraq laxtalanmalar şəklində ola bilər və eyni zamanda sancı tərzində ağrıları da bərabərində gətirməkdədir. Düşük diaqozunu qoymaq üçün UZİ ilə müayinə kifayətdir. Qanama artaraq hamiləlik məhsulunu tamanən xaricə ata bilər ki, belə hallarda UZİdə geridə qalan hüceyrə yoxdursa və qanama çox deyildirsə, aborta ehtiyac qalmaya bilər. Lakin bəzən də hamiləlik məhsulunun bir qismi atılır və bu kimi vəziyyətlərdə abort ilə uşaqlıq içində qalan hüceyrələr təmizlənməlidir.
Təkrarlanan Düşüklər və Süni Mayalanma Müalicəsi
Övlad sahibi olmaq istəyən cütlüklərin 5%-ə yaxın bir qismi təkrarlanan düşüklər səbəbiylə bu arzusuna çata bilmir. Süni mayalanma müalicəsi ilə genetik səbəbli düşüklə nəticələnən hamiləliklərdə müsbət nəticələr almaq mümkündür. Təkrarlanan düşüklərin yaşandığı xəstələrdə klassik süni mayalanma müalicəsindəki addımlar izlənir. Əldə edilən birdən artıq embriona PGT testi tətbiq olunaraq genetik olaraq ən sağlam embrionlar seçilir. Beləliklə, sağlam hamiləlik şansı artırılmış olur.
Mərkəzlərimizdə tətbiq olunan “şəxsə özəl müalicə” metodları ilə düşüyün səbəbi aşkarlanaraq qadın üçün ən doğru müalicə növü planlanır. İnkişaf etmiş embriologiya laboratoriyamız və sahəsində uzmanlığını isbat etmiş həkim və embrioloqlarımızın diqqətli çalışmaları ilə çətin vəziyyətlərdə belə uğurlu nəticələr əldə etmək mümkündür. Təkrarlanan düşüklər və müalicə ilə bağlı ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilər, həkimlərimizlə görüşə bilərsiniz.