Uşaqlıq Dinləndirmə Nədir?
Süni mayalanma müalicələrində xəstələrimizin tez bir zamanda hamilə qalıb uşaqlarını sağlam olaraq qucaqlarına ala bilmələri üçün ən yaxşı embrionların yaradılıb seçilməsi əsasdır. Digər tərəfdən nizamlı adət periodunda qadınlar hər ay sadəcə 1 yumurta hüceyrəsi istehsal yaradırlar və adətən yaradıla yumurtaların (qadın yaşına bağlı olaraq) 50-70%-dən çoxu sağlam bir embriona dönüştürülə bilməz.
Süni mayalanma müalicələrində bu səbəblə xəstələrə xaricdən yüksək dozalarda yumurta böyüdücü hormon iynələri verilir və beləliklə yetərli sayda yumurtanı bir dəfədə əldə edərək içlərindən ən yaxşısı seçilir.
Bu yaxınlaşma sayəsində bir çox cütlüyə yetərli sayıda keyfiyyətli embrion yarada bilir və sağlam hamiləliklər əldə edə bilirik. Lakin son illərdə aparılan araşdırmalarda, yumurta böyütmək üçün istifadə olunan hormonların/dərmanların uşaqlıq içinə mənfi təsir edə bildiyi, beləliklə uşaqlığın embrionu qəbul etmə gücünü azaltdığı məlum olmuşdur. Bu mənfi təsiri aradan qaldırmaq məqsədilə müalicədə əldə edilə ən yaxşı keyfiyyətdəki embrionları dondururuq. Müalicəyə 1-2 ay ara verərək dərmanın təsirinin aradan qalxmasını və uşaqlığın təbii halına qayıtmasını gözləyirik.
Beləliklə, uşaqlığın embrionu rahatlıqla qəbul etməsinə kömək edən bu müalicəyə “uşaqlıq dinləndirmə metodu” adını veririk.
Uşaqlıq Dinləndirmə Kimlərə Tətbiq Olunur?
Əvvəlki illərdə məhdud bir qrup xəstəyə tətbiq olunan bu metodu artıq çox daha geniş bir çərçivədə həyata keçirə bilirik. Bunun ən önəmli səbəbi, inkişaf edən laboratoriya texnologiyaları və bunu izləyən embrion dondurma metodlarında əldə olunan yüksək uğurlardır. İlk vaxtlarda orqanizmində müalicədə istifadə edilən dərman və hormonlara qarşı aşırı həssasiyyət müşaidə edilən (ovaryen hipersitmülasyon sendromu) xəstələrdə məcburi olaraq tətbiq edilməkdəydi. Günümüzdə isə müalicə müddətində uşaqlıqda pozulma görülən və ya dərmanlara bağlı olaraq hamiləlik uğurunda uşaqlıqdan qaynaqlı azalma ola biləcəyini düşündüyümüz xəstələrdə də rahatlıqla istifadə edirik.
Hətta bəzi xəstələrdə müalicələr əsnasında əmələ gələn sosial səbəblərə bağlı olaraq embrion transferi rahatlıqla təxirə salına bilir.
Uşaqlıq Dinləndirmə Hər Klinikada Tətbiq Oluna Bilərmi?
Uşaqlıq dinləndirmə metodunun uğurlu ola bilməsi üçün embrionların son dərəcə yüksək müvəffəqiyyət göstəriciləri ilə dondurula bilməsi və istənildiyində zərər görmədən donunun açılması lazım gəlir. Bu texnologiyanı uyğun şəkildə və təsirli istifadə edilə bilən mərkəzlərdə uşaqlıq dinləndirmə metodu tətbiq olunan xəstələrdə, təzə transfer edilən xəstələrə nisbətən 5-15%-ə qədər daha yüksək hamiləlik göstəriciləri əldə oluna bilməkdədir. Digər tərəfdən embrion dondurma/don açma tətbiqlərinin uğurlu olaraq həyata keçirilə bilmədiyi klinikalarda hamiləlik göstəricilərində əlavə artım əldə oluna bilmədiyi kimi təzə embrion transferləriylə müqayisə edildiyində daha aşağı hamiləlik uğuru da əldə edilə bilməkdədir. Beləliklə, uşaqlıq dinləndirmə metodunda uğura gedən açar, klinika içərisində yüksək texnologiya və məhsuldarlıq ilə çalışan bir embriologiya laboratoriyasının olmasıdır. Bütün mərkəzlərimizdə eyni keyfiyyət və yüksək texnologiya avadanlığına sahib embriologiya laboratoriyamızda dondurma və don açma işləmlərində uğurlu nəticələr əldə edə bilirik.