Müalicənizin Hər Mərhələsində Yanınızdayıq
Müalicəyə başlamamışdan əvvəl və müalicəniz müddətincə yaşayacağınız duyğusal müddətləri daha rahat keçirə bilməniz üçün ödənişsiz psixoloji danışmanlıq servisimizdən dəstək ala bilərsiniz. Yaşadıqlarınızı anlamaq, ehtiyaclarınızı müəyyənləşdirmək və bu yöndə sizə kömək etmək üçün hər zaman yanınızdayıq.
Həyatımızın bütün sahələrində yaşadığımız təcrübələr, bizləri gələcəyə hazırlayır. İlk dəfə təcrübə edəcəyiniz bu dönəm başlanğıcda sizi qeyri-müəyyənlik içinə sala bilər. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq və içində olduğunuz dönəmi doğru dəyərləndirmək; duyğularınızı, davranışlarınızı daha dəqiq anlamlandırmaq üçün mütləq psixoloqumuzla görüşmənizi tövsiyə edirik.
Süni Mayalanma Müalicəsində Psixoloji Dəstək Almağın Faydası Nədir?
Psixoloji dəstəkdən faydalanmaq, daha dinc bir müalicə müddəti keçirmənizə kömək edərək hamiləliyin baş tutmasına mənfi təsir edən stres faktorunun yaratdığı təsirlərin azalmasına səbəb olur. Tez-tez yaşanan stres, zaman-zaman çoxalma funksiyaları üzərində negativ bir təsir yaradaraq sistemin çalışmasına mane ola bilər. Psixoloji dəstək isə bu ehtimalı azaltmaq və ya aradan qaldırmaq üçün çalışır. Bunlardan əlavə, uğursuz nəticələnən bir müalicə müddəti yaşanıbsa, bu vəziyyətin yaratrdığı mənfi təsirləri daha qısa bir zamanda və daha sağlam şəkildə keçirmənizə kömək edir.
Seanslarda Nələr Edilir?
İlk konsultasiyada infertilitə (sonsuzluq) problemi yaşayan cütlüklərlə tanışlıq gerçəkləşdirilərək bu problemin cütlüklər üzərində yaratdığı fərdi və ya sosial dəyişikliklər dəyərləndirilir. Konsultasiyanın sonunda dəstək almaq istəyən xəstələrimizə bəzi formalar verilir və növbəti seansa bu formaları doldurmuş bir şəkildə gəlmələri istənilir. Beləliklə, xəstənin gözləntiləri və psixoloji dəstək ilə həll etmək istədiyi problemlər ilk konsultasiyada müəyyən edilir.
Seanslar Necə Təşkil Olunur?
Bundan sonrakı müddətdə xəstələr əgər müalicəyə başlamışlarsa, həkim müayinəsinə hər gəlişlərində, randevu alaraq psixoloqla göüşmələrini də gerçəkləşdirə bilirlər.
Hələ müalicəyə başlamamış, müalicəsi təxirə salınmış və ya uğursuz nəticələnmiş xəstələrimizə isə psixoloqumuz, müraciət etdikləri təqdirdə düzənli seanslar apara biləcəyi bir proqram hazırlayır.
Mərkəzimizdə Hansı Müalicələr Tətbiq Olunur?
Bilişsəl Davranışcı Terapiya (BDT): Bu terapiya, insanların sıxıntı verən düşüncələrini təyin etməyə və müəyyən texnikalarla bu düşüncələrin nə qədər real olduqlarını anlamağa kömək edir. Uyğunsuz düşüncələri dəyişdirməyi öyrənib, hal-hazırda içində olduqları vəziyyətə uyğun düşünülməyə başlandığından, insan özünü daha yaxşı hiss edir. Burada məqsəd problem həll etmə bacarıqlarını inkişaf etdirməkdir. Beləliklə xəstələr, düşüncələrin gətirdiyi streslə başa çıxaraq hamiləliyin baş tutmasına əngəl olan stres faktorlarını aradan qaldırmış olurlar.
Vaginismus Müalicəsi: Ölkəmizdə hər 10 qadından birində rast gəlinən vaginismus, qadınlarda cinsi əlaqəyə girə bilməmə olaraq bilinir və əksərən psixoloji əsaslıdır. Bu problem cütlüklərin evlilik yaşamına olduqca mənfi şəkildə təsir edərək övlad sahibi olamlarına əngəl törədir. Vaginismus problemi yaşayan qadınların çoxu, təqribən 10-12 seanslıq bir müalicə müddətinin sonunda bu problemin üstəsindən gələ bilirlər. Bəzi hallarda 2-3 seans belə bu problemi ortadan qaldıra bilir. Cinsəl terapiya barədə xüsusi təhsili olan bir psixoloqla çalışıldığı təqdirdə adətən həll yoluna çatılır.
Psixo-Təhsil: Ölkəmizdə ilk dəfə müalicəyə başlayacaq cütlüklərimizin yaşayacağı dönəmə hazırlanmaları üçün verilən dərslərdir. Bu dərslərdə xüsusilə infertilitə və müalicəsinin cütlüklər üzərində yarada biləcəyi psixoloji dəyişikliklərdən danışılır. Eyni zamanda müalicə ilə bağlı içində olduqları mərhələləri psixoloji cəhətdən necə dəyərləndirmək lazım olduğu ilə bağlı da bir perspektiv təqdim etmək hədəflənir.
Zehin-Bədən Hərəkətləri: Bu hərəkətlər “Əzələ Boşaltma” və “Nəfəs” hərəkətləri olaraq 2 hissəyə ayrılır. İnfertilitə müalicəsində xəstələrin çoxunda müşahidə edilən stresin bədənsəl təsirlərini yüngülləşdirərək müalicə müddətinin daha sağlam keçirilməsi hədəflənməkdədir. Bu iki üsul xüsusilə inkişaf etmiş ölkələrdəki infertilitə klinikalarında tez-tez istifadə edilməkdədir və hamiləliyə təsiri yönümündən müsbət nəticələr alındığına dair çalışmalar mövcuddur.
Psixoloji Dəstəyə Ehtiyacım Olduğunu Necə Başa Düşə Bilərəm?
1) Müalicə müddəti ilə bağlı narahat edən,g üclü qeyri-müəyyənlik hissləri varsa,
2) Müalicə nəticəsi ilə bağlı narahatlıqlar varsa,,
3) Ginekoloji müayinə öncəsi kontrol edilə bilməyən narahatlıq, gərginlik hisləri varsa,
4) Transferdən sonra gözləmə müddəti ilə bağlı narahatlıqlar varsa,
5) İşləmlərin öncəsində gülcü ürək döyüntüsü, tərləmə, bədəndə keyləşmə varsa,
6) Vaginismus problemi yaşanırsa,
7) Sosial olaraq içə çəkilmə, güclü əksiklik hissi varsa,
8) Hamiləlik xəbərlərinə qarşı aşırı həssasiyyət varsa, psixoloji dəstək almağınızı məsləhət görürük.
Bunlardan əlavə, aşağıdakılardan ən az beşinin 2 həftə müddətincə demək olar ki hər gün baş verməsi halında (İlk 2 maddədən ən az 1-i mütləq olmalıdır) psixoloqumuzlq konsultasiya gerçəkləşdirmənizi məsləhət görürük.
– Depressiya halı
– Əvvəllər xoş təsir edən şeylərə qarşı etinasızlıq
– Yuxu problemləri
– İştah-çəki dəyişiklikləri
– Halsızlıq, enerji itkisi
– Dəyərsizlik, qərarsızlıq, günahkarlıq hissləri
– Diqqət toplamada çətinlik çəkmə, unutqanlıq
– Ölüm və intihar düşüncələri