Tubal ziyan olaraq da bilinən boru tıxanıqlığı sıx görülən sonsuzluq səbəblərindən biridir. Uşaqlıq hər iki tərəfdən uzanan fallop boruları deyilən kanallarla yumurtalığa bağlıdır. Qadınla əlaqəli sonsuzluq hallarının üçdə biri bu borulardakı tıxanıqlıqlardan qaynaqlanmaqdadır.
Borunun lumeni, yəni iç qismi tıxanmış ola bilər, xarici qismi isə çevrə toxumasına yapışmış formada ola bilər və ya iç qismini əhatə edən hüceyrələr kirpiksi hüceyrələr funksiyasını görməyə bilər. Bu kimi vəziyyətlərdə boru, yumurtanı içinə ala bilməz və ya alsa belə sperma boru hərəkətlərindəki patologiyaya bağlı olaraq boruya çata bilməz və yumurtanı dölləndirə bilməz. Bəzi hallarda isə döllənmə gerçəkləşsə belə yaranan embrion uşaqlığa çata bilməz və xarici hamiləlik baş verər.
Borularda Tıxanıqlığın Səbəbləri Nələrdir?
- Ən sıx rast gəlinən səbəbi heç müalicə edilməmiş ya da yetəri qədər müalicə edilməmiş infeksiyalardır. Adətən infeksiya qaynağı daha əvvəlki pelvik infeksiyalar, seksual yolla keçən infeksiyalar, spiral istifadəsi, düşük və ya doğuş sonrası infeksiyalar olur.
- Yoluxmuş pelvis ya da qarın içi əməliyyatları borularda yapışqanlıqlar əmələ gətirə bilər. Xüsusilə perforasiya edilmiş apendesit buna səbəb ola bilər.
- Daha əvvəl baş vermiş xarici hamiləlik riski artırır.
- Endometozriis (şokolad kisti) faktlarında da borularda tıxanmalar müşahidə edilməkdədir.
Boru Tıxanıqlığının Göstəriciləri Nələrdir?
Qadınların çoxu sonsuzluq səbəbiylə müayinə edilənədək borularının tıxalı olduğundan xəbərsiz olur. Bəziləri isə adət ağrıları ya da qasıq ağrıları şikayətlərini dilə gətirirlər. Endometriozis (şokolad kisti) və keçirilmiş hər hansı bir infeksiya boruların tıxanıqlığının başlıca səbəblərindən olduğu üçün bunlara aid göstəricilər boru tıxanıqlığının göstəriciləri arasında sayıla bilər.
Boru Tıxanıqlığı Necə Aşkarlanır?
Diaqnoz qoymaqda ən geniş uşaqlıq filmi yəni HSG (histerosalpingografi) istifadə edilməkdədir. HSG, uşaqlıq və boruları görüntüləyən bir rentgendir. Normal bir rentgendə uşaqlıq uşaqlıq və borular görülmür, görünən hala gətirmək üçün uşaqlıq ağzından xüsusi bir maye verilir və bu əsnada rentgen çəkilir. Beləliklə, uşaqlıq divarları ilə əlaqəli patologiyalar və borulara aid problemlər HSG ilə ortaya qoyula bilir. HSG çəkimi təqribən 15-20 dəqiqə vaxt alır və adətən adət ağrısı kimi bir ağrı hiss edilir. Heç ağrı olmaması üçün anesteziya ilə də çəkim edilə bilər.
HSG çəkimində xəstə bir stola uzadılır, spekulum taxılır. Uşaqlıq ağzı təmizlənərək incə bir kateter yerləşdirilir və bu kateterdən radyoopak maddə adlandırdığımız özəl maye verilir. Bu mayenin uşaqlığa və oradan boruya axışı izlənərkən o əsnada uşaqlıq divarları ilə boruların patologiyaları görülərək rentgen filmlərinə yazılır. HSG ilə bağlı infeksiya ehtimalını azaltmaq üçün çəkim öncəsi antibiotik verilməlidir. Bəzən ağrı səbəbiylə borunun uşaqlığa birləşdiyi nöqtədə spazmaya bağlı tıxanıqmış kimi bir görüntü ola bilər. Bu səbəblə filmi çəkməmişdən öncə ağrı kəsicilər verilməsi uyğun olur. HSG borunun xarici qisminin çevrə toxumalarına olan yapışıqlıqları haqqında dəqiq məlumat verə bilmir.
Borularda tıxanıqlıq olub-olmadığını dəqiq olaraq anlamaq üçün laparoskopiya (qarın içərisinə kamera ilə baxılması) işləmi də tətbiq oluna bilər. Uşaqlıq filmi əsnasında sıxılmalar səbəbiylə qapalı görünən boruların bir qisminin əslində açıq olduğu laparoskopiyada ortaya çıxa bilər. Laparoskopiya ilə borulardan maye keçişi olub-olmadığı, boruların çevrə toxumalarına olan yapışqanlıqları və bundan əlavə qarın içərisindəki yapışıqlıqlar ilə endometriozis adlanan xəstəlik gözlə görülərək aşkarlana bilər.
Diaqnostik laparoskopiya adətən xəstəxanada yatış tələb etməyın, yarım saat kimi bir müddət ərzində tamamlanabilən və ümumi anesteziya altında həyata keçirilən bir əməliyyatdır. Laparoskopiya əsnasında göbəkdən və qarın altı bölgəsindən bir ya da iki kiçik xüsusi alətlər və işıqlı bir optik cihaz yerləşdirilir. Qarın içinin rahat görünə bilməsi və olabiləcək damar və bağırsaq yaralanmalarından yayınmaq üçün qarın içi 3-4 litrə qədər karbondioksid qazı ilə şişirilməkdədir. Laparoskopiya ilə qarın içi görünə bilər, yumurtalıqlar, uşaqlıq və boruların xarici səthləri ilə patologiyalar asanlıqla anlaşıla bilər. Əgər qarın içi və boruların xarici səthlərində yapışıqlıqlar mövcuddursa, eyni anda bunları sərbəstləşdirmək mümkündür. Laparoskopiya əsnasında uşaqlıq ağzından verilən bir mayenin (adətən metilen mavisi) borulardan keçişi yoxlana bilir və beləliklə boruların daxili səthində bir tıxanıqlıq varsa aşkarlanır.
Laparoskopiya tamamlandığında qarın içindəki qaz boşaldılır, çünki qarın içinə verilən karbondioksid qazı əməliyyat sonrası çiyin ağrısı və şişkinlik hissi olaraq xəstəyə narahatlıq hissi verə bilir. Adətən bu kimi şikayətlər 24-48 saat içərisində keçir.
Boruları Tıxalı Olan Bir Qadın Hamilə Qala Bilərmi?
Borulardakı tıxanıqlıqla bağlı sonsuzluq müalicəsində mikro cərrahiyyə metodu həmişə uğurla nəticələnməyə bilər. Xüsusilə boru təxribatı artıq olan xəstələrdə, yumurtalıq rezervi az olanlarda və ya xəstənin yaşının çox olduğu hallarda süni mayalanma tətbiqi ilk planda düşünülməlidir. Süni mayalanma müalicəsiylə borulardakı patologiya by-pass edilmiş olur. Tək istisna ultrasonoqrafiyada ya da uşaqlıq filmində müşahidə edilən hidrosalpenks dediyimiz tıxalı borunun içi maye dolu və şiş bir hal aldığı hallardır ki, bu vəziyyətdə süni mayalanma müalicəsi öncəsi borunun laparoskopik çıxarılması və ya borunun uşaqlıqla əlaqəsinin laparoskopiya əsnasında kəsilməsi məsləhət görülməkdədir. Beləliklə, süni mayalanmada əldə olunan uğur və canlı doğuş göstəriciləri artmaqdadır.