Səbəbi Bilinməyən Sonsuzluq Nədir?
Səbəbi bilinməyən sonsuzluq bəsit dildə desək cütlüyün uşaq sahibi olmasının önündəki əngəlin tam olaraq müəyyən edilə bilməməsi halı olaraq izah etmək olar. Bir çox cütlükdə sonsuzluğun səbəbi qadına və ya kişiyə aid edilə bilər. Kişinin sperma sayı və keyfiyyəti və ya qadının yumurtaları ilə əlaqəli problemlər və ovulyasiya problemləri ola bilər. Bəzən isə sonsuzluq üçün hər hansı bir səbəb tapılmaz. Testlər və həkim dəyərləndirməsi sonrasında sonsuzluq “səbəbi bilinməyən” bir hal oaraq qala bilər.
Səbəbi İzah Edilə Bilinməyən Sonsuzluğun Səbəbi Nədir?
Səbəbi bilinməyən sonsuzluğun səbəbinin bir və ya bir neçə faktorun kombinasiyasına bağlı olduğu düşünülür. Bu faktorlar arasında qadında yüngül endometriozis, yüngül ovulyasiya problemləri, servikal faktor və ya spermanın görünüş və hərəkətliliyinə baxmayaraq yumurtanı dölləmə qabiliyyətinin olmaması yer almaqdadır.
Səbəbi Bilinməyən Sonsuzluq Necə Müalicə Edilir?
Səbəbi bilinməyən sonsuzluq müalicələrində tətbiq edilən üsullar; təbii yolla hamiləliyin olmasını gözləmək, laporaskopiya, aşılama və süni mayalanma müalicəsi olaraq sıralana bilər.
Bu müalicələrdən biri həkim tərəfindən edilən dəyərləndirmələr nəticəsində xəstənin vəziyyətinə görə müəyyən edilir.
Səbəbi bilinməyən sonsuzluq müalicəsində qadının yaşı azdırsa və yumurtalıq rezervi yaxşı vəziyyətdədirsə cütlük bir il müddətində təbii yolla hamiləliyin olmasını gözləyə bilər. Bu müddətdə cütlük siqaret və spirtli içki istifadəsinə son verməli, düzənli olaraq idman və sağlam qidalanmağı həyatlarının bir parçası halına gətirməlidirlər. Bu dövrdə hamiləlik olmaması halında 3 aya qədər ovulyasiya müalicəsi və aşılama müalicəsi tətbiq edilir. Bu prosedurların da nəticə verməməsi halında süni mayalanma müalicəsi həyata keçirilir.
Qadın 35 yaşın üzərindədirsə və ya yumurta rezervləri yaxşı halda deyilsə zaman itirmədən süni mayalanma müalicəsi tətbiq edilir. Səbəbi bilinməyən sonsuzluq hallarında standart bir müalicə yoxdur, xəstənin vəziyyətinə görə bir müalicə planlanlaşdırılır.
Səbəbi Bilinməyən Sonsuzluq və Sperma Analizi
Son illərdə açıqlayıcı faktorlar olsa da hər 6 cütlükdən birinin sonsuzluq səbəbi hələ də bəlli deyil. Burada vacib nöqtə kişilərin sperma analizi dəyərləndirilməsində yaşanan sıxıntılardır. Düşünülənlərin əksinə olaraq hamiləliyin olması üçün sadəcə sperma sayı yetərli olmamaqdadır. Spermaların hərəkətləri və daha da önəmlisi morfologiyası onun potensialına təsir etməkdədir. Sperma morfologiyasını ölçmənin tək üsulu isə hər hansı bir cihazla ölçülmədiyi üçün mikroskop altında birbaşa gözlə baxılmaqdadır. Aparılan araşdırmalarda eyni sperma nümunəsi fərqli laborantlar tərəfindən dəyərləndirildiyində çox fərqli nəticələrin verildiyi hallar olur. Sperma analizinin bu sahənin mütəxəssisi, təcrübəli biri tərəfindən edilməsi uşaq sahibi olmaq istəyən cütlüklərin boşu boşuna zaman itirmələrinə və lazımsız müalicələr almalarına mane olacaqdır.