• INTERNATIONAL PATIENTS

aCGH – Ətraflı Xromosom İncələməsi

Süni Mayalanmada Yeni Ümid: Ətraflı Xromosom İncələməsi

Qısa bir müddət əvvələ qədər övlad sahibi olmaq istəyən, lakin hamilə qala bilməyən və ya hamiləlikləri düşüklə nəticələnən cütlüklərə hamiləlik şansını artırmaq üçün tətbiq olunan İmplantasyon Öncəsi Genetik Baxış (PGT) metodlarrından biri olan FİSH metodunun yerini indi artıq Ətraflı Xromosom İncələməsi aldı. Süni mayalanmada yeni bir ümid olaraq dəyərləndirilən bu yanaşma Bahçeci Süni Mayalanma Mərkəzlərində müvəffəqiyyətlə həyata keçirilir.

Ətraflı Xromosom İncələməsi nədir?

Ətraflı Xromosom İncələməsi süni mayalanmada embrionların uşaqlığa transferi öncəsində həyata keçirilən və embrionların FİSH metodu ilə sadəcə seçilmiş müəyyən xromosomlara deyil, mövcüd bütün xromosomlara (24 fərqli xromosom) baxıla bildiyi bir metoddur. Baxış üzərində insan xromosomlarına aid minlərlə parçacığın olduğu mikroçip texnologiyası istifadə edilərək Array Komperatif Genomik Hibridizasyon adı verilen üsul (qısaca aCGH adlandırılır) istifadə edilərək həyata keçirilir. Bu üsulla baxılan embrionların bütün xromosom xəritəsi görülə bildiyindən, keçmişdə aşkarlanamayan bir çox xromosom səthindəki pozğunluq baxılan embrionlarda artıq müəyyən edilə bilir.

Bu üsulun hələ də istifadə edilən FISH üsuluyla müqayisədə nə kimi fərqləri var?

Bugün bir çox klinikada verilən PGT xidməti, “Floresan In Situ Hibridizasyon” (FISH) adı verilən bir üsul ilə tətbiq olunur və bu üsulda embrionlar adətən sadəcə seçilmiş xromosomlar (5,7 və ya 9) yönümündən nəzərdən keçirilir. Baxılacaq xromosomlar canlı doğuş ilə nəticələnə biləcək geentik pozğunluqları və ya erkən dönəm düşüklərdə yüksək ölçüdə müşahidə olunan xromosom problemlərini əhatə etdiyindən 9 xromosomun baxıldığı PGT tətbiqlərində embrionda əmələ gələ biləcək xromosomal pozğunluqların 60-80%-i aşkarlana bilməkdədir.

Bununla birlikdə qalan 20-40%-lik bir xromosom pozğunluğu bu üsulla aşkarlana bilmədiyindən 9 xromosomuna baxılmış və “normal” qəbul olunmuş bir embrionun hamiləlik yaratmamasının səbəbi bu baxıla bilməyən xromosomlardakı bir pozğunluq ola bilər.

Ətraflı xromosom incələməsi ilə bütün xromosom bölgələri ətraflı olaraq görülə bildiyindən, baxılan 24 fərqli xromosom cəhətindən normal olan bir embrionun transferi ilə hamiləlik göstəricilərində də bir artım əldə oluna bilməkdədir.

Keçdiyimiz Oktyabr ayında San Diegoda həyata keçirilən Amerikan Çoxalma Dərnəyi (ASRM) iclasında bu üsulun tətbiq olunması ilə 40-lı yaşlarındakı qadınların da 30-lu yaşlardakı qadınlar qədər yüksək bir hamiləlik göstəricisi əldə edə biləcəyi göstərildi.

Digər tərəfdən ətraflı xromosom baxışı ilə keçmişdə aşkarlana bilməyən bir çox xromosom qaynaqlı problem də görülə bildiyindən əslində test nəticəsində normal embrion əldə edilmə şansı da ölçülü olaraq azalmaqdadır. Yəni bu testi etdirəcək xəstələrimizin bir qismində baxılan embrionlar arasında normal embrion tapılmaya bilər və embrion transferi gerçəkləşdirilməyə bilər. Bu səbəblə baxılacaq embrion sayının müəyyən bir sayının üstündə olması hamiləlik şansının artması baxımından vacib bir faktordur.

Baxılan bütün xromosomları normal hesab edilən bir embrionla həmişə hamiləlik baş tutarmı?

Xromosomal pozğunluq səbəbi ilə hamiləlik baş tutmaması və ya baş tutan hamiləliyin erkən dönəmlərdə itirilməsi riski hər yaşda yaşanabiləcək bir haldır. Lakin qadın yaşının, xüsusilə 35 yaşın üzərində olduğu cütlüklərdə xüsusilə ciddi olaraq artmaqdadır. Bu səbəblə genetik seçmə ilə normal embrionların seçilməsi bu riski gözlə görülə bilən dərəcədə azaldır. Digər tərəfdən hamiləlik baş tutması üçün sadəcə genetik olaraq normal bir embrion əldə etmək kifayət deyil. Sağlam bir uşaqlığın olması da hamiləliyin baş tutması üçün önəmli bir faktordur.

Həm FISH, həm də ətraflı xromosom baxışında baxılacaq embrion sayının artırılması məqsədi ilə bəzi xəstələrdə yüksək doza dərman istifadə edirik. Hər nə qədər qismən məqsədə çatılır kimi görünsə də əslində istifadə edilən yüksək doza dərmanların embrionun tutunacağı uşaqlıq içi divarına negativ bir təsiri vardır və bu halda bəzi xəstələrdə genetik olaraq normal bir embrion əldə edilsə belə, uyğun olmayan bir uşaqlıq səbəbiylə hamiləlik baş tutmaya bilər. Bu vəziyyətdə şansı artırmaq üçün genetik işləm edilən embrionlar dondurularaq saxlanılır və müalicə sonrası bədən 1-2 ay dincəldikdən sonra embrionların donu açılaraq təbii bir uşaqlıq mühitinə transfer edilir. Bu şəkildə hamiləlik göstəricilərinin 8-10% artması mümkündür.

Üsulun riskləri və ya xəta ehtimalı varmıdır?

Xəta dedikdə həmişə ağla ilk gələn embrionların və ya nümunələrin laboratoriyada qarışmasıdır. Həm süni mayalanma tətbiqləri, həm də genetik diaqnoz metodları son dərəcə diqqətli və hər addımında bir çox insanın yoxlanışından keçən mərhələlər nəticəsində həyata keçirildiyindən öncəliklə cütlüklərimizə bu barədə rahat olmalarını məsləhət görürük.

Digər tərəfdən ətraflı xromosom baxışını icra edə bilmək üçün FİSH tətbiqlərində olduğu kimi öncəliklə süni mayalanma üsulları istifadə edilərək embrion əldə etmək lazım gəlir. Sonra da əldə edilən embrionlardan genetik baxış üçün hüceyrə almaq gərəklidir. Embrion biopsiya işləmi olaraq da adlandırılan bu hüceyrə alma işləmi üçün embrionlar üzərində ən son texnologiya istifadə edilərək mikrocərrahiyyə tətbiq olunur.Təcrübəli bir embrioloq tərəfindən həyata keçirilən biopsiya tətbiqlərindən sonra embrionun zərər görmə riski adətən 1%-dən az, lakin təcrübəsi yüksək olmayan bir embrioloqun həyata keçirdiyi biopsiya işləmində bu göstərici daha da yuxarılara qalxa bilməkdədir. Bu səbəblə genetik baxış etdirəcəyiniz mərkəzin və embrioloqun bu barədə təcrübəsi son dərəcə önəmlidir. İşləm nəticəsində normal embrion tapılsa da embrion əgər işləm zərərinə görə inkişafına davam etmirsə bir mənası yoxdur.

Həm FİSH, həm də ətraflı xromosom baxışı mövzusunda risk sayıla biləcək bir başqa hal isə götürülən hüceyrədə əldə edilən genetik nəticənin inkişafda olan embrionun gerçək genetik strukturunu əks etdirməməsi riskidir. Bunun ən birinci səbəbi də uşaqlığa tutunma öncəsində davamlı inkişaf etməkdə olan bir embrionda bəzən genetik olaraq normal və anormal hüveyrələrin eyni mühitdə inkişaflarına davam etmələridir. Beləliklə, baxış üçün götürüləcək hüceyrə ilə embrion, erkən inkişaf dönəmlərində 5-8% ölçüdə eyni genetik struktura sahib olmaya bilər. Bu ölçünü əgər embrion inkişaf müddətində daha gec və uşaqlığa tutunma öncəsi mərhələdə (blastosist mərhələsi) biopsiya edilərsə və götürülən hüceyrələrə baxılarsa 5%-dən aza endirmək mümkündür. Lakin bu halda da hər embrionun blastokist mərhələsinə çatmama riski mövcuddur. Ətraflı xromosom baxışını həyata keçirəcək mərkəzin(əgər varsa) daha əvvəlki süni mayalanma müalicə nəticələrinizə görə bir dəyərləndirmə etməsi, hüceyrə nümunələməsinin hansı dönəmdə ediləcəyi qərar verilərkən önəmlidir.

Genetik olaraq normal cavab alınan embrionların daha təbii bir uşaqlıq mühitinə transfer edilməsi üçün dondurulması da əgər təcrübəli insanlar tərəfindən edilmirsə bəzi risklər daşıyır. Onsuz da məhdud sayda normal cavab alınmış embrionların donları açıldıqdan sonra canlılıqlarını itirmələri müalicənin uğursuzluğu deməkdir. Belə halda bu xidməti məsləhət görən mərkəzlərdəki embrion dondurma və don açma sonrasındakı canlılıq göstəricilərinin 95%-dən çox olması uğura gedən açarlardan biridir.

Kadavradan Rahim Nakli Sonucu Tıp Dünyasına Adımızı Yazdırdık! (NTV Haber)

Dünyadaki ilk Kadavradan Rahim Nakli 10 yıl önce Türkiye’de Prof. Dr. Ömer …

Devamını Oku

İleri Kadın Yaşı ve Düşük Yumurtalık Rezervine Karşı Kişiye Özel Tedavi!

Çiftimizin 16 yıllık özlemleri başka merkezlerdeki 2 başarısız denemeden sonra Bahçeci’de ilk …

Devamını Oku

İleri Kadın Yaşına Rağmen 19 Yıl Sonra Bahçeci’de Özlemleri Son Buldu!

Sevim Sadık Özdemir çifti tam 19 yıllık bebek özleminden sonra Bahçeci ekibiyle …

Devamını Oku

40 Yaşındaki Hastamıza İlk Denemede Yıllardır Beklediği Haberi Verdik!

Başka merkezlerde başarısız denemeleri olan hastamızdan genetik ayıklama yöntemi ile sağlıklı embriyomuzu …

Devamını Oku

17 Yıllık Özlem ve 4 Başarısız Denemeden Sonra Bahçeci’de Mucize Son!

Uzun yıllardır çocuk sahibi olmak isteyen çiftimiz başka merkezlerdeki başarısız denemelerden sonra …

Devamını Oku

Hollanda’daki 10 Başarısız Denemeden Sonra Bahçeci’de Mutlu Son!

Hollanda’da yaşayan çiftimiz 10 başarısız tüp bebek tedavisinden sonra Bahçeci’de hayallerine kavuşabilmek …

Devamını Oku

20 Başarısız Deneme, 43 Yaş, 0.04 AMH

0.04 AMH değerine sahip 43 yaşındaki annemiz 20 yıldır çocuk özlemi çekiyordu. …

Devamını Oku

Bahçeci Tüp Bebek’te 80.000’den Fazla Mutluluk Hikayesi!

Hastalarımızın hikayeleri farklı olsa da yaşadıkları zorluk, çektikleri özlem ve “anne-baba” oldukları …

Devamını Oku

Pulsuz ön görüşmə

Sizə Zəng Edək

Həkimlərimizlə pulsuz ön görüşmə üçün telefon nömrənizi yazın, sizə zəng edək.

Sizə Zəng Edək
Telefon Nömrəniz:

və ya 0125980543 nömrəli telefondan bizə zəng edə bilərsiniz.

[dynamichidden utmRef "CF7_URL"]

WhatsApp
WhatsApp
Messenger
Sizi Arayalım
Ən qısa zamanda sizə zəng edək:

[dynamichidden utmForm "CF7_get_post_var key='title'"]