• INTERNATIONAL PATIENTS

Yumurta Dondurmaq İstəyirsiniz?

Yumurta dondurma işləmi irəlidə ana olmağı düşünən, lakin indi doğum etmək istəməyən qadınların müraciət edə biləcəyi bir üsuldur. Yumurtalıqdan toplanan yumurtalar irəlidə istifadə edilmək üçün dondurularaq saxlanılır və istənildiyi zaman donu açılaraq istifadə edilə bilir.

Uşaq sahibi olmanın önündəki maneələrin başında qadınlarda yaşla birlikdə azalan yumurtalıq rezervi və keyfiyyətinin düşməsi gəlməkdədir. Elmi çalışmalar və mövcud müalicə nəticələri qadınlarda 40 yaşlarından sonra uşaq sahibi olma şansının ciddi olaraq azaldığını ortaya qoymaqdadır. Bir də buna fərqli səbəblərlə erkən yaşlarda düşük over rezervi müəyyən edilməsi və ya erkən menopoz riski əlavə edildiyində bir çox qadın gələcəkdə uşaq sahibi ola bilməmə narahatçılığını çox daha erkən yaşlarda yaşamaqdadırlar. Yumurta dondurma işləmi sayəsində qadınlar daha erkən yaşda yumurtalarını dondurub irəlidə bu yumurtaları istifadə edərək uşaq sahibi ola bilirlər.

Yumurta Dondurma Kimlərə Məsləhət Görülür?

  • Kimyaterapiya və radyoterapiya kimi yumurta hüceyrələrinə zərər verən müalicələrə başlayan xanımlar
  • Yumurtalıqların alınması ilə nəticələnəcək əməliyyat keçirməli olan xanımlar.
  • Ailəsində erkən menopoz olan və ya yumurtalıq rezervi az olmaqla birlikdə hələ hamiləlik yaşamamış xanımlar.
  • Kariyera qurmağa yönəlmiş və ana olmağı 30-lu yaşların sonrasına ertələyən xanımlar.

Yumurta Dondurma Necə Tətbiq Edilir?

Yumurta dondurma işləmi üçün qadınlarda yumurtalıqların hormonlar ilə təsirləndirilməsi lazımdır. Müalicə adətin 2-3-cü günü başlayır və təxmini 12-15 gün davam edir. Toplanan yumurtalar laboratoriyada vitrifikasiya adı verilən xüsusi üsul istifadə edilərək dondurulur və sonrakı bir zamanda istifadə edilmək üçün saxlanılır.

Addım-addım Yumurta Dondurma Müddəti:

Təqib dövrü: Müalicə öncəsi mərkəzimizə müraciət edən xəstə adətinin 2-ci günü təkrar mərkəzimizə gəlir və müalicə dövrü başlayır. Bu dövrdə xəstəyə yumurtalığa təsir edəcək hormon dərmanları verilir və normalın üzərində yumurta inkişafı təmin edilir. Təqib ərzində mərkəzimizə 3-5 dəfə gəlmək lazım olacaq. Hər kontrolda müayinə edilir, hormon səviyyələrinə baxılır və bu göstəricilərə görə dərman dozaları müəyyən edilir.

Yumurta toplama işləmi: Folikul ölçüsü istənilən səviyyəyə çatdıqda yumurta toplama proseduru vaginadan yerləşdirilən bir iynə ilə ultrason müşayiəti altında həyata keçirilir. Bu işləm ümumi anesteziya altında ağrısız bir şəkildə həyata keçirilir və təxmini 15 dəqiqə davam edir. Xəstə 2-3 saat içərisində evə buraxılır və günlük həyatına davam edə bilir.

Yumurta dondurma işləmi: Yumurtalar vitrifikasiya üsulu ilə su kristalları yaranmadan dondurulur. Dondurulan yumurtalar -196 dərəcədə maye azot tanklarında saxlanılır.

Süni mayalanma dövrü: Hamiləlik istənildiyi zaman mərkəzimizə müraciət edən xəstənin yumurtalarının donu açılır və süni mayalanma işləminə başlanılır.

Yumurta dondurma prosedurunu etdirən xanım yumurtalarının saxlanması və ya məhv edilməsi mövzusunda hər il mərkəzə yazılı şəkildə razılıq vermək məcburiyyətindədir.

Yumurta Dondurma üçün mərkəz seçərkən diqqət etməniz lazım olanlar

Yumurta dondurmanın etibarlı və zərər görmədən edilə bilməsi üçün bu xidməti təqdim edən mərkəzin təcrübəli və texnoloji strukturunun, güclü bir embrioloji laboratoriyasının olması lazımdır. Bizim qrupumuz daxilində dünyada ən son tətbiq edilən və verimliliyi isbatlanmış bütün üsul və texnologiyalar müvəffəqiyyətlə icra edilməkdə olub yumurta dondurma işləmində vitrifikasiya üsulu istifadə edilir.

Vitrifikasiya adı verilən sürətli dondurma üsulu yumurta dondurma mövzusunda inqilab sayıla biləcək uğurlu nəticələr verməkdədir. Vitrifikasiya üsulunun uğurlu olması üçün bunu düzgün tətbiq etmək çox vacibdir. Sürətli və doğru dondurmayla bərabər sürətli və doğru şəkildə donun açılması da vacibdir. Aşağı yumurta rezervi diaqnozu qoyulmuş və ya erkən menopoz riski olan qadınlarda onsuzda əldə edilən yumurta sayı və keyfiyyəti son dərəcə məhdud olduğundan dondurma işləmi sırasında və ya sonrasında itkinin mümkün olan ən düşük səviyyədə olması lazımdır. Mərkəzlərimizdə bu sahədə 40-dan çox embrioloq işləyir. Təcrübəmiz və texnoloji strukturumuz sayəsində bu üsulu istifadə edərək etdiyimiz dondurma və donun açılma işləmlərində əldə edilən hamiləlik nəticələrimiz normal hamiləlik nəticələrimizə bənzərdir.

Mərkəz seçərkən diqqət edilməsi lazım olan bir digər nöqtə də mərkəzdə dondurulan yumurtaların uzun illər saxlana bilməsi üçün sağlam bir strukturun olmasıdır. Bahçeci Sağlık Grubu 24 ili aşan müddətdir ki laboratoriyadakı ən yeni texnoloji avadanlıqları dünya ilə eyni anda, hətta bir çoxunu Türkiyədə ilk dəfə istifadə etməkdə və bu sayədə hər il dünyanın bir çox yerindən gələn minlərlə cütlüyü uşaq sahibi etməkdədir.

Yumurta dondurma bahalı bir işləmdirmi?

Üstünlükləri və qazandırdıqları ilə müqayisə etdikdə embrion və ya yumurta dondurma işləmi əslində bahalı bir üsul deyil. Bununla birlikdə dondurulub saxlanmaları üçün xüsusi kitlər və tanklar lazım olduğundan xidməti təqdim edən mərkəzlərdə bu xidmət üçün ödəniş alınmaqdadır. Ayrıca yumurtaların zərər görmədən uzun illər saxlanmaları üçün çox aşağı istilikli mühit lazım olduğundan bu mühitin təmin edilməsi üçün saxlanma sistemlərinə kənardan davamlı maye nitrogen dəstəyi verilməli və bu da illik olaraq baxıldığında müəyyən bir xərc yaratmaqdadır.

Xəstə Hekayələri

Xəstələrimizin Qələmindən

Onlar, Bahçeci Süni Mayalanma Mərkəzi ilə ən böyük xəyallarını reallığa çevirdilər. Xəstələrimizin qələmindən ilham verən xoşbəxtlik hekayələri...

Kadavradan Rahim Nakli Sonucu Tıp Dünyasına Adımızı Yazdırdık! (NTV Haber)

Dünyadaki ilk Kadavradan Rahim Nakli 10 yıl önce Türkiye’de Prof. Dr. Ömer Özkan tarafından yapılmıştı. Rahim nakli olan hastamız Derya Sert, Bahçeci’de gördüğü tüp …

Davamını Oxu Videonu İzlə

İleri Kadın Yaşı ve Düşük Yumurtalık Rezervine Karşı Kişiye Özel Tedavi!

Çiftimizin 16 yıllık özlemleri başka merkezlerdeki 2 başarısız denemeden sonra Bahçeci’de ilk denemede sona erdi. Düşük yumurtalık rezervi ve ileri kadın yaşı problemlerine rağmen …

Davamını Oxu Videonu İzlə

İleri Kadın Yaşına Rağmen 19 Yıl Sonra Bahçeci’de Özlemleri Son Buldu!

Sevim Sadık Özdemir çifti tam 19 yıllık bebek özleminden sonra Bahçeci ekibiyle tanıştı. Öncelikle geçmiş hikayelerini dinleyip test ve tahlillerimizden sonra kişiye özel tedavi …

Davamını Oxu Videonu İzlə

40 Yaşındaki Hastamıza İlk Denemede Yıllardır Beklediği Haberi Verdik!

Başka merkezlerde başarısız denemeleri olan hastamızdan genetik ayıklama yöntemi ile sağlıklı embriyomuzu elde ettik. Fakat rahimdeki yoğun ve uzun süreli gerçekleşen kanama atakları transferi …

Davamını Oxu Videonu İzlə

17 Yıllık Özlem ve 4 Başarısız Denemeden Sonra Bahçeci’de Mucize Son!

Uzun yıllardır çocuk sahibi olmak isteyen çiftimiz başka merkezlerdeki başarısız denemelerden sonra Bahçeci’ye gelerek hayallerinin peşinden koşmaya devam etti. Başarı artırıcı yöntemler, son teknolojiyle …

Davamını Oxu Videonu İzlə

Hollanda’daki 10 Başarısız Denemeden Sonra Bahçeci’de Mutlu Son!

Hollanda’da yaşayan çiftimiz 10 başarısız tüp bebek tedavisinden sonra Bahçeci’de hayallerine kavuşabilmek için Türkiye’ye gelmişti. Yapay zeka yöntemi ile genetik ayıklama uyguladığımız, başarı şansını …

Davamını Oxu Videonu İzlə

20 Başarısız Deneme, 43 Yaş, 0.04 AMH

0.04 AMH değerine sahip 43 yaşındaki annemiz 20 yıldır çocuk özlemi çekiyordu. Başka merkezlerdeki 20 başarısız denemenin ardından merkezimizde uyguladığımız kişiye özel tedavi yöntemiyle …

Davamını Oxu Videonu İzlə

Bahçeci Tüp Bebek’te 80.000’den Fazla Mutluluk Hikayesi!

Hastalarımızın hikayeleri farklı olsa da yaşadıkları zorluk, çektikleri özlem ve “anne-baba” oldukları zamanki mutluluk hep aynı. Onlar Bahçeci’de geçirdikleri tedavi süreçlerini, bu süreçte yaşadıkları …

Davamını Oxu Videonu İzlə

Kalıtsal Hastalığa Sahip Çiftimiz, Bebeklerini Kucağına Aldı!

Anne ve babamız, kalıtsal bir hastalığa sahip oldukları için daha önce 2 çocuklarını kaybetmişlerdi. Tedavide genetik ayıklama uygulandı ve en sağlıklı embriyolar seçildi. Sağlıklı …

Davamını Oxu Videonu İzlə

Pulsuz ön görüşmə

Sizə Zəng Edək

Həkimlərimizlə pulsuz ön görüşmə üçün telefon nömrənizi yazın, sizə zəng edək.

    Sizə Zəng Edək

    Telefon Nömrəniz:

    və ya 0125980543 nömrəli telefondan bizə zəng edə bilərsiniz.

    [dynamichidden utmRef "CF7_URL"]


    WhatsApp
    WhatsApp
    Messenger
    Sizi Arayalım

      Ən qısa zamanda sizə zəng edək:

      [dynamichidden utmForm "CF7_get_post_var key='title'"]