Bahçeci Sağlık Grubu olaraq fəaliyyət göstərdiyimiz 7 ölkədəki 13 mərkəzdə işləyən bütün işçilərimiz dil, irq, rəng, cinsiyyət, inanc, din, məzhəb, yaş, fiziki əngəlli və buna bənzər hər hansı bir səbəb göz önünə gətirilmədən eyni haqlara sahibdirlər. Bütün kollektivimiz Bahçeci ailəsinin bir fərdidirlər və sahib olduğumuz ən yüksək dəyər olaraq insan qüruruna uyğun işləmə şərtlərində güvənli bir mühitdə işləmə haqlarına sahibdirlər. İnsan haqlarının müzakirə edilməz vacibliyinə inanırıq və işçilərimizə adil və dürüst davranmağı öhdəmizə götürürük.
Çalışmalarımızın nəticəsində ortaya çıxan tullantıların xəstə və işçilərin sağlamlığını təhdid etməsinin qarşısını alacaq şəkildə tədbirlər alırıq, uyğun tullantıların geri dönüşdürülməsini təmin edirik. Geri döndürülə bilməyən tullantıları qanun və üsullara uyğun olaraq məhv edilmələri üçün əlaqəli qurumlara təslim edirik.
Cəmiyyətə qarşı məsuliyyətimizi anlayırıq. Bu səbəblə cəmiyyət və mühit üçün ən yaxşı olana hədəfli olaraq müəyyən etdiyimiz məsuliyyət siyasətimizin tələbinə uyğun olaraq cəmiyyətin və ətraf mühitin şərtlərinin inkişaf etdirilməsini təmin edəcək həmlələrdə oluruq.
Sosial məsuliyyət siyasətimiz daxilində müəyyən etdiyimiz təməl qanunlar aşağıdakı kimidir:
- Dövlətə qarşı vergi və s. digər məsuliyyətimizi tam vaxtında , doğru və şəffaflıq qanununa bağlı olaraq yerinə yetiririk.
- Sosial məsuliyyət çalışmalarımızın ilk və davam edilə bilən bir vəzifə olaraq qəbul edirik.
- İşçi, cəmiyyət və ətraf mühitin bugününü qoruyub gələcəyinə investisiya qoymamızı təmin edəcək bütün beynəlxalq standart və keyfiyyət sənədlərini almağı ən vacib işlərimizdən biri olaraq sayırıq.
- Fəaliyyət göstərdiyimiz bütün coğrafiyalarda cəmiyyətlə olan münasibətimizdə doğruluq və etibar edilə bilən qanunlara görə hərəkət edirik.
- Yardımçı reproduktiv üsulları inkişaf etdirəcək elmi çalışmalara ara vermədən davam edər, elmi alt quruluşumuzu və elmi birikimimizi davamlı olaraq inkişaf etdiririk. Bu sahəyə verdiyimiz qatqılar nəticəsində ortaya çıxan, gerçəkliyi və işə yararlılığı təsdiqlənmiş məlumatların cəmiyyətin xidmətinə təqdim edirik.
- İşçilərimizi sosial məsuliyyət layihələrində rol almaları üçün ruhlandırır, dəstək verəcəyimiz layihələri seçərkən fikirlərini diqqətə alırıq.
- Sosial məsuliyyət çalışmalarımızda sağlamlıq və təlim mövzularına öncəlik veririk.