Bizi İzləyin!
Xəstə hekayələri, məlumatlandırıcı videolar, müsabiqələr və daha çoxunu sosial media hesablarımızda tapa bilərsiniz.
Embriyoskop, embrionun inkişafının 24/7 izlənməsini təmin edən bir sistemdir.
Tüp bebek müalicəsi zamanı əldə olunan embrionlar, laboratoriyada inkübatör adlanan və ana bətnini təqlid etmək məqsədilə hazırlanmış cihazlarda böyüdülür.
Laboratoriyada saxlanıldığı müddət ərzində, embrionların inkişafını izləmək və hamiləlik şansı ən yüksək olan embrionu seçmək üçün hər gün (bəzən bir neçə dəfə) embrionlar bu cihazlardan çıxarılır və mikroskop altında incələnir.
Bu əməliyyatlar laboratoriya şəraitində həyata keçirilsə də, embrionların xarici mühitdə yoxlanılması zamanı zədələnmə və inkişaflarının təsirlənmə riski mövcuddur. Lakin son dövrlərdəki inkişaflarla artıq embrionlar, embriyoskop (embryoscope) adı verilən xüsusi kamera sistemləri ilə təchiz edilmiş inkübatörlərdə böyütmək mümkündür.
Bununla da, embrionların inkişafının hər anını görüntüləyə bilərik və ya keçmişə dönük olaraq detallı şəkildə incələyə bilərik. Başqa sözlə desək, embrionlarımızı 24 saat izləmə altında tuta bilirik.
Tüp bebek müalicəsində embrionun inkişafı, hamiləlik şansını təmin edən əsas faktorlardan biridir. Embriyoskop cihazı sayəsində embrionun inkişafı davamlı olaraq izlənilə bilər və ən sağlam, hamiləlik şansı ən yüksək olan embrion seçilə bilər. Eyni zamanda, embrionlar böyüdükdə, inkübatördən çıxarılmadığı üçün xarici mühitdən təsirlənmə ehtimalı çox azalır.
Bu səbəbdən, ənənəvi inkübatörlərə nisbətən embriyoskop sistemi daha yüksək hamiləlik şansı təmin edəcək embrionun həm böyüdülməsində, həm də seçilməsində mühüm fayda təmin edir. Lakin yüksək maliyyəti səbəbilə bir çox tüp bebek mərkəzlərində embriyoskop istifadə edilmir.
Bahçeci Sağlıq Qrupu olaraq, dünyadakı yenilikləri yaxından izləyərək ən yeni texnologiyaları dünyanın öncül mərkəzləri ilə paralel olaraq mərkəzlərimizdə tətbiq edirik. Embriyoskop cihazını klinik uğuru artırıcı bir metod olaraq tüp bebek müalicələrində faydalı və effektiv şəkildə istifadə edirik.
• Embriyo inkişafı haqqında lazım olan bütün məlumatları təqdim edir.
• Heç bir dəyişkənliyi qaçırmayan inkişaf etmiş mikroskop sisteminə malikdir.
• Embriyonun inkişafı boyunca ağ işıqla təmasını tamamilə qarşısını alır.
• 24/7 izləmə imkanı təklif edir.
• Görüntüləmə prosesində embrionlar cihazdan çıxarılmadığı üçün təhlükəsiz bir “canlı inkübatör” mühiti təmin edir və xarici mühitdən təsirlənməməsini təmin edir.
• Embriyo zərərli böyümə şərtlərinə və ya istiliyə məruz qalmadan bütün müşahidələr inkübatör daxilində aparılır.
• Xəstələrin və onların embrionlarının inkişaflarına aid məlumatların saxlanıldığı və analiz edildiyi bir məlumat emalı vahidi kimi fəaliyyət göstərir. Bu şəkildə embriyo görüntüləri və inkübatör şərtləri haqqında detallı məlumatlar işlənir, müalicə nəticələri bu məlumatlara əsasən təhlil edilir və gələcəkdə referans məqsədilə xəstə dosyalarında saxlanılır.
Tüm hakları saklıdır © 2010 - 2024 Bahçeci Sağlık Grubu.