Genetik sahəsindəki inkişaflar, tüp bebek müalicələrində bizə mühüm üstünlüklər təqdim edir. Bunlardan birincisi hamiləlik ehtimalını ciddi şəkildə artıran metodlar təqdim etməsidir. Cütün uşaq sahibi olmasının qarşısındakı maneənin aşılmasından sonra tətbiq etdiyimiz xüsusi müalicələr sayəsində hamiləlik şansını artıra bilirik. Digər mühüm üstünlük isə genetik xəstəliklərin ötürülməsinin qarşısını almağımıza imkan verməsidir. Embriyo mərhələsində tətbiq edə bildiyimiz genetik testlər sayəsində yüzlərlə genetik xəstəliyi yoxlaya bilirik. Yüksək hamiləlik ehtimalları və sağlam körpə doğumları üçün tətbiq etdiyimiz əsas metodları aşağıda araşdıra bilərsiniz.
Bir neçə dəfə yaxşı keyfiyyətli embriyo transfer edilməsinə baxmayaraq hamiləlik əldə edilə bilməyən, rahmda tutunma problemi yaşayan hallarda tercih edilən bir metoddur.
PGT uşaqlarına ciddi bir genetik xəstəlik keçirmə riski daşıyan cütlər üçün prenatal diaqnoz və hamiləliyin sonlandırılmasına alternativ təmin edən bir texnikadır.
CGT testi cütlərin tüp bebek müalicəsi ilə əldə edilən embrionlarında genetik seçim edilərək, qohum evliliklərində belə sağlam körpələrin dünyaya gəlməsini təmin edə bilir.