Bizi İzləyin!
Xəstə hekayələri, məlumatlandırıcı videolar, müsabiqələr və daha çoxunu sosial media hesablarımızda tapa bilərsiniz.
ÜST-nin (Ümumdünya Səhiyyə Təşkilatı) məlumatına görə, bu gün dünyada hər altı nəfərdən biri xərçəng səbəbindən həyatını itirir. Uşaqlıq (uterus) xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növlərindən biridir və ölkəmizdə qadınlarda ən çox görülən 4-cü xərçəng növüdür.
Uşaqlıq xərçəngi əsasən iki əsas qrupa bölünür: uşaqlığın daxili hissəsini örtən və endometriya adlanan selikli qişadan qaynaqlananlar və uşaqlığın əzələ təbəqəsi olan miyometriyadan qaynaqlananlar.
Uşaqlığın əzələ təbəqəsindən qaynaqlananlar “sarkoma” adlanır. Sarkomalar daha nadir görülən, lakin daha aqressiv olan bir növdür və adətən müalicəsi daha çətin olur.
Endometriyadan qaynaqlanan və endometriyal xərçəng kimi tanınan karsinomlara isə xüsusilə menopauzadan sonra tez-tez rast gəlinir. Erkən diaqnozla tamamilə müalicə olunması mümkündür.
Endometriya döllənmiş yumurtanın implantasiya olduğu və körpənin inkişaf etdiyi təbəqədir. Doğuş yaşında olan qadınlarda yumurtalıqlardan ifraz olunan estrogen və progesteron hormonları koordinasiyalı şəkildə endometriyanın hamiləliyə hazırlanıb qalınlaşmasında və hamiləlik baş vermədiyi halda dökülməsində rol oynayır.
Bu təbəqə qadın menopauzaya girənə qədər hər ay mümkün hamiləlik üçün hazırlıq görərək qalınlaşır, hamiləlik baş vermədikdə isə menstruasiya qanaması ilə bədəndən xaric edilir.
Lakin bəzən endometriya hüceyrələri nəzarətsiz şəkildə çoxalaraq şiş yarada bilir. Müalicə olunmadığı halda xərçəng hüceyrələri əvvəlcə uşaqlığın fərqli təbəqələrinə, sonra isə yumurtalıqlar kimi qonşu orqanlara, daha irəlidə isə ağciyər kimi uzaq orqanlara yayıla bilər (metastaz).
Endometriya hüceyrələrinin nəzarətsiz şəkildə çoxalma səbəbi tam olaraq bilinmir. Estrogen-progesteron balansının estrogen lehinə pozulmasının endometriya xərçənginə yol aça biləcəyi düşünülür.
Yəni, daha uzun müddət və daha yüksək miqdarda estrogenə məruz qalmaq, yalnız estrogen tərkibli, progesteron olmayan hormon əvəzedici müalicələr xəstəliyə zəmin yarada bilər.
Xüsusilə menopauzadan sonra vaginal qanaxma ən yayılmış əlamətdir. Bu dövrdə hər hansısa leke şəklində, açıq çəhrayı rəngdə və ya daha güclü vaginal qanaxma normal sayılmır və tibbi yardım tələb edir.
Doğuş yaşında olan qadınlarda isə ən çox rast gəlinən əlamət menstruasiya dövrləri arasında ara qanaxmalardır. Bundan başqa, geniş yayılmamaqla birlikdə qarında şişkinlik, qarnın alt hissəsində və ya qasıqlarda ağrı, izah olunmayan çəki itkisi kimi əlamətlər də görünə bilər. Xəstəliyin mərhələsinə və yayıldığı bölgələrə görə fərqli əlamətlər də ortaya çıxa bilər.
Risk faktorları şəxsin uşaqlıq xərçənginə tutulma ehtimalını artırır, lakin bu riskləri daşıyan hər qadının xərçəngə tutulacağını demək doğru olmaz:
Yuxarıda qeyd olunan əlamətlərdən hər hansı biri sizdə varsa, vaxt itirmədən həkiminizlə məsləhətləşməlisiniz. Uşaqlıq xərçəngi erkən diaqnozla müalicə edilə bilər.
Ultrasəs cihazı ilə endometriumun strukturu və divar qalınlığı araşdırılır. Şübhəli vəziyyət olarsa, dəqiq diaqnoz üçün endometrial biopsiya aparılır.
Biopsiya zamanı nazik bir boru vasitəsilə uşaqlıq mukozasından nümunə götürülür. Anesteziya tələb etməyən bir prosedurdur. Bu üsulla kifayət qədər toxuma alınmazsa, dilatasiya və küretaj tətbiq olunaraq yenidən nümunə götürülür.
Dilatasiya və küretaj (D&C) əməliyyatxana şəraitində anesteziya altında həyata keçirilir. Uşaqlıq divarının hər yerindən nümunələr götürülərək patoloji müayinəyə göndərilir.
Dəqiq diaqnoz patoloji laboratoriyasında mikroskop altında incələnərək müəyyən olunur. Xəstəlik təsdiqlənərsə, hansı mərhələdə olduğunu təyin etmək üçün həkiminiz əlavə testlər istəyəcək.
Endometrium xərçənginin mərhələləri aşağıdakı kimidir:
Müalicə variantları bir çox faktordan asılı olaraq dəyişir. Xəstəliyin mərhələsi, xəstənin yaşı, digər sağlamlıq problemləri və övlad sahibi olmaq istəyi kimi amillər müalicə protokoluna təsir edir. Xəstənin vəziyyətinə görə cərrahiyyə, kimyaterapiya, radioterapiya və ya hormon terapiyasından biri və ya bir neçəsi tətbiq edilir.
Uşaqlıq xərçənginin yaranmasının tamamilə qarşısını almaq mümkün olmasa da, bəzi riskləri azaltmaq mümkündür. Məsələn, artıq çəki varsa, sağlam qidalanmaqla çəki atmaq və yağlı qidalardan uzaq durmaq faydalıdır.
Həmçinin, müntəzəm ginekoloji müayinələri və smear testləri etdirmək, həkiminizin tövsiyələrini dinləmək və risk faktorlarını yaxından izləmək faydalı olar.
Məsləhətləşmək istədiyiniz məsələlərlə bağlı sizə ən qısa zamanda zəng edək.
Tüm hakları saklıdır © 2010 - 2024 Bahçeci Sağlık Grubu.