• INTERNATIONAL PATIENTS

Embrion Dondurma

Embrion Dondurma Nədir?

Laboratoriya şəraitində əmələ gələn embrionların gələcəkdə istifadə edilməsi üçün dondurularaq saxlanılmasına embrion dondurma işləmi deyilir. Süni mayalanma müalicəsi görən cütlüklərdə əldə edilən embrion sayı tətbiq olunan müalicəyə görə fərqlilik göstərsə də cütlüklərin təxminən 40 faizində birdən çox keyfiyyətli embrion əldə etmək mümkün olur.

35 yaşdan kiçik qadınlarda ilk 2 süni mayalanma müalicəsində tək embrion transferi, bu transferlərdə uğursuzluq baş verərsə və ya qadın 35 yaşın üzərindədirsə, 2 embrion tranferi icra oluna bilir. Əldə edilən və istifadə olunmayan embrionlar isə cütlüyün istəyinə bağlı olaraq dondurularaq saxlanılır.

Embrion dondurma kimlərə məsləhət görülür?

Embrion dondurma yalnız evli cütlüklərə tətbiq edilən bir işləmdir.

  • Süni mayalanma müalicəsində transferdən sonra istifadə olunmamış sağlam embrionlar qalmışdırsa,
  • Ailədə erkən menopoz hekayəsi varsa,
  • Aşağı yumurta rezervindən söhbət gedirsə,
  • Yumurta rezervinə təsir edə biləcək tibbi müdaxilələr tətbiq olunacaqsa (cərrahi tətbiq, kimyaterapiya, radyoterapiya və s.)
  • Xüsusilə endometrioma (şokolad kisti) səbəbi ilə cərrahi əməliyyat keçirəcək qadınlarda əməliyyat öncəsi,
  • Cütlük hal-hazırda övlad sahibi olmaq istəmirsə, lakin gələcəkdə övlad sahibi olmaq istəyirsə embrion dondurma metodu məsləhət görülür.

Bunlardan əlavə embrion dondurma, müvəffəqiyyət artıran bir metod olaraq da tətbiq edilməkdədir:

Süni mayalanma müalicəsi müddətində istifadə olunan hormonların/dərmanların, müəyyən ölçüdə uşaqlıq içinə mənfi təsir edə bildiyi müşahidə edilmişdir. Bu vəziyyət insandan insana və istifadə olunan dərman sayına görə fərqlilik göstərə bilir. Bu mənfi cəhəti aradan qaldırmaq üçün embrionlar dondurularaq dərman təsirinin aradan qalxması gözlənilir. Uşaqlıq təbii halına geri qayıtdığında, embrionların donu açılaraq transfer işləmi həyata keçirilir. Uşaqlıq dinləndirmə adı verilən bu metod sayəsində yüksək hamiləlik göstəriciləri əldə edilməkdədir.

Embrion dondurma metodunun faydalı olduğu başqa bir vəziyyət isə embrionlarda genetik diaqnozun həyata keçirilməsidir. Yüksək genetik pozğunluğu riski daşıyan lakin müalicədə məhdud sayda yumurta və embrion əldə edilə bilən cütlüklərdə inkişaf edən embrionlar dondurula bilər. Bir dəfədən çox embrion əldə etmək işləmindən sonra dondurularaq toplanan embrionlar birlikdə genetik araşdırmaya alınır. Beləliklə, genetik test xərci ciddi ölçüdə azaldıla bilir.

Dondurulmuş Embrionların Donu Açıldıqda Canlılıq Göstəricisi Nədir?

Yumurta, sperma və embrionları təsirli bir şəkildə dondurmaq, saxlamaq və don açılma işləmindən sonra 98-99% canlılıq tutmaq mümkündür. Dondurulmuş hüceyrələr ilə əldə edilən hamiləlik göstəriciləri, bir klinikanın müvəffəqiyyət səviyyəsini müəyyən edən ən önəmli göstəricidir. Əgər bir süni mayalanma mərkəzində verilən tibbi xidmət ən üst səviyyədədirsə, müalicə müddətində və ya sonrasında dondurulan material sayısı da o qədər çoxdur. Beləliklə, bir mərkəzin nə qədər uğurlu olduğu embrion dondurma nisbətləri və dondurulmuş embrionlarda əldə etdiyi müvəffəqiyyət nəticələrinə baxılaraq rahatlıqla müəyyən edilə bilər.

Dondurma və don açma işləmləri əsnasında istifadə edilən metod, texnoloji avadanlıqlar və embrioloqların təcrübəsi müvəffəqiyyəti artıran ən önəmli təsirlərdəndir. Bu təsirlər səbəbiylə bir çox süni mayalanma mərkəzi embrion dondurma və don açma xidmətləri göstərməsinə baxmayaraq müalicədəki müvəffəqiyyət göstəriciləri arasında ciddi fərqlilik özünü göstərir. Bahçeci klinikalarında irəli texnologiyalarla təchiz edilmiş embriologiya laboratoriyası və təcrübəli embrioloqlar sayəsində embrion dondurma və don açma işləmlərində yüksək faizli uğurlu nəticələr əldə edilir. Bahçeci klinikalarında vitrifikasiya metodu ilə yumurta, sperma və embrion dondurma işləmi həyata keçirilməkdədir.

Dondurulmuş Embrion Transferi Necə Tətbiq Olunur?

Transfer işləmi ümumiyyətlə ovulyasiyadan (yumurtlama dövründən) 3-6 gün sonra həyata keçirilir. Embrionun neçənci gündə dondurulduğunu, transferin yumurtlamadan nə qədər sonra həyata keçiriləcəyini müəyyən edir. Qan hormon səviyyələri (E2, LH ve progesteron) təqib edilir və transfer gününə qədər hər hansı bir dərman verilə bilməz. Embrionlar transfer edildikdən sonra isə progesteron ilə dəstək müalicəsi həkimin qərarına görə başladıla bilər.

Dondurulmuş embrion transferi işləmi öncəsi uşaqlığın hamiləliyə hazırlanması vacibdir. Bu hazırlanma müddəti “natural siklus” dediyimiz və hər hansı bir dərman istifadə etmədən qadının adət dövründə öz-özlüyündə böyüyən çatlayan yumurtasını təqib edilərək icra oluna bilər. Bu təqibdə nizamlı adət görmək əsasdır. Bundan əlavə yumurta böyüməsinin olmadığı, dərmanları bizim kənardan verərək uşaqlığı hazırladığımız “dərmanlı təqib” də tez-tez istifadə etdiyimiz bir metoddur. Az sıxlıqla istifadə etdiyimiz, yumurtanın böyüdülməsi üçün kənardan dərman istifadə edib böyüyən yumurtanın çatlatma iynəsi ilə çatladıldıqdan sonra transferin həyata keçirildiyi “modifikasiya natural siklus” təqibi də mövcuddur.

Embrion transferi bəsit, ağrısız və anesteziya tələb etməyən bir işləmdir. Vajinismus və ya anksiyete səbəbilə bəzi xəstələrimizdə anesteziya lazım ola bilər. Bu işləm əsnasında qısa müddətli sedasiya tətbiq olunaraq uğurlu embrion transferi həyata keçirilir. Embrion transferi zamanı xəstə ginekoloji vəziyyətdə uzanır. Spekulum taxılaraq vagina və serviks (uşaqlıq ağzı) steril bir məhlulla təmizlənir. Embrioloq transfer ediləcək embrionları xüsusi bir şprisə yükləyir. Transferi həyata keçirəcək həkim qarından ultrasonla incə bir kateter köməyilə embrionları uşaqlığa verir. Uşaqlığın ultrasonla aydın görülə bilməsi və transferin rahatlıqla həyata keçirilməsi üçün transfer işləmi sidik kisəsi dolu ikən icra olunur.

Dondurulmuş Embriondan Doğan Uşaqlarda Bir Sağlıq Problemi Ola bilərmi?

Əldə edilmiş məlumatlar daxilində, dondurulmuş embrion transferiylə dünyaya gələn uşaqlarda digərləri ilə müqayisə edildikdə doğuşdan normal olmayan hər hansı bir fərq görülmür. Dondurulmuş embrion tətbiqləri günümüzdəki məlumatlar işığında güvənli tətbiqlərdir.

Embrion Dondurma Qiyməti Nə Qədərdir?

Daxili qaydalarımız səbəbilə web saytımızda qiymətlərlə bağlı məlumat paylaşa bilmirik. Ətraflı məlumat üçün əlaqə formumuzu doldura bilər və ya 012-598-05-43/49 telefonundan bizimlə əlaqə saxlaya bilərsiniz.

Kadavradan Rahim Nakli Sonucu Tıp Dünyasına Adımızı Yazdırdık! (NTV Haber)

Dünyadaki ilk Kadavradan Rahim Nakli 10 yıl önce Türkiye’de Prof. Dr. Ömer …

Devamını Oku

İleri Kadın Yaşı ve Düşük Yumurtalık Rezervine Karşı Kişiye Özel Tedavi!

Çiftimizin 16 yıllık özlemleri başka merkezlerdeki 2 başarısız denemeden sonra Bahçeci’de ilk …

Devamını Oku

İleri Kadın Yaşına Rağmen 19 Yıl Sonra Bahçeci’de Özlemleri Son Buldu!

Sevim Sadık Özdemir çifti tam 19 yıllık bebek özleminden sonra Bahçeci ekibiyle …

Devamını Oku

40 Yaşındaki Hastamıza İlk Denemede Yıllardır Beklediği Haberi Verdik!

Başka merkezlerde başarısız denemeleri olan hastamızdan genetik ayıklama yöntemi ile sağlıklı embriyomuzu …

Devamını Oku

17 Yıllık Özlem ve 4 Başarısız Denemeden Sonra Bahçeci’de Mucize Son!

Uzun yıllardır çocuk sahibi olmak isteyen çiftimiz başka merkezlerdeki başarısız denemelerden sonra …

Devamını Oku

Hollanda’daki 10 Başarısız Denemeden Sonra Bahçeci’de Mutlu Son!

Hollanda’da yaşayan çiftimiz 10 başarısız tüp bebek tedavisinden sonra Bahçeci’de hayallerine kavuşabilmek …

Devamını Oku

20 Başarısız Deneme, 43 Yaş, 0.04 AMH

0.04 AMH değerine sahip 43 yaşındaki annemiz 20 yıldır çocuk özlemi çekiyordu. …

Devamını Oku

Bahçeci Tüp Bebek’te 80.000’den Fazla Mutluluk Hikayesi!

Hastalarımızın hikayeleri farklı olsa da yaşadıkları zorluk, çektikleri özlem ve “anne-baba” oldukları …

Devamını Oku

Pulsuz ön görüşmə

Sizə Zəng Edək

Həkimlərimizlə pulsuz ön görüşmə üçün telefon nömrənizi yazın, sizə zəng edək.

Sizə Zəng Edək
Telefon Nömrəniz:

və ya 0125980543 nömrəli telefondan bizə zəng edə bilərsiniz.

[dynamichidden utmRef "CF7_URL"]

WhatsApp
WhatsApp
Messenger
Sizi Arayalım
Ən qısa zamanda sizə zəng edək:

[dynamichidden utmForm "CF7_get_post_var key='title'"]