• INTERNATIONAL PATIENTS

CGT – Xəstəyə Özəl Genetik İncələmə Testi

CGT Testi Nədir?

CGT, 600-dən çox genetik keçən xəstəlik və 6600-dən çox xəstəlik səbəbi mutasiyaya (genetik şifrə pozğunluğuna) tək bir dəfədə baxılmasına imkan yaradan bir genetik baxış testidir.

Övlad sahibi olmaq istəyən cütlüklərdə fərqində olmadıqları bir çox genetik xəstəlik mövcud ola bilər. Yaxın keçmişdə bu genetik xəstəliklərə eyni zamanda baxıla bilməsi tibbən və texniki cəhətdən mümkün deyildi. İndi isə sadə bir qan nümunəsi ilə gen səviyyəsində axtarış aparıla bilir. CGT testi sayəsində müəyyən edilə bilən bir mutasiya və ya genetik xəstəlik sonrasında cütlüklərin süni mayalanma müalicəsi ilə əldə edilən embrionlarında genetik seçim tətbiq olunaraq qohum evliliklərində belə cütlüklərin sağlam uşaqlar dünyaya gətirməsinə imkan yaranır.

CGT Testi Necə Tətbiq Olunur?

Hamiləlik öncəsi daşıyıcılıq testi olaraq da bilinən CGT testi üçün qadın və kişidən qan nümunəsi alınır. Qan nümunəsində test əhatəsində nəzərdən keçirilən xəstəlik daşıyıcılığı və ya mutasiya tapılarsa cütlüklərə tətbiq olunacaq süni mayalanma müalicəsi sonrasında əldə edilən embrionlara PGT metodu ilə baxılır və mutasiya daşıyıcısı olmayan embrionların transferi həyata keçirilir.

Beləliklə, xəstə uşaq dünyaya gətirmə riski olan cütlüklərin nəzərdən keçirilən xəstəlik yönümündən sağlam bir övlad sahibi olmasına imkan yaranır. Klassik metodlarla həyata keçirilən genetik baxış xidmətlərində eyni zamanda sadəcə bir neçə gen pozğunluğuna baxıla bilirsə, CGT testi ilə eyni anda yüzlərlə genetik xəstəliyə baxmaq mümkün olur.

CGT Testi Kimlərə məsləhət görülür?

CGT testi istəyən hamıya tətbiq oluna bilir. Bununla birlikdə xüsusilə aşağıda göstərilən şərtləri daşıyan insanlara/cütlüklərə tətbiq olunması, hamiləlik öncəsi verəcəyi məlumat və üstünlük açısından son dərərcə önəmlidir:

  • Ailəsində genetik xəstəlik daşıyıcılıq hekayəsi olan cütlüklər,
  • Qohum evliliyi həyata keçirmiş cütlüklər,
  • Genetik xəstəlik daşıdığı aşkarlanmış bir övlada sahib olan və yenidən övlad sahibi olmaq istəyən cütlüklər,

CGT Testi Harada Həyata Keçirilir?

CGT testi hər süni mayalanma mərkəzində həyata keçirilmir. Genetik xəstəliklərə baxmağımıza və sağlam doğumlar əldə etməyimizə şərait yaradan CGT testini Bahçeci Sağlamlıq Qrupu əhatəsində fəaliyyət göstərən bütün mərkəzlərimizdə tətbiq edirik. Çoxalma sahəsində yenilikləri yaxından təqib edərək dünyanın sayılı mərkəzləri ilə bərabər zamanlı olaraq mərkəzlərimizdə tətbiq etməklə fəxr edirik.

İnkişaf etmiş embrioloji laboratoriyamız sayəsində xüsusilə də çətin hadisələrdə Avropa standartlarının üzərində müvəffəqiyyət göstəricilərinə sahibik. Oxford Universiteti ilə həyata keçirdiyimiz əməkdaşlıq sayəsində yenilikləri yaxından təqib edirik.

CGT Testinin Qiyməti Nə Qədərdir?

CGT testinin qiyməti, sadəcə tək bir gen pozğunluğunun baxıla bildiyi klassik baxış testlərinə nəzərən çox daha uyğun qiymətli olmaqla birlikdə daxili qaydalarımızla əlaqədar olaraq web saytımızda qiymət barədə məlumat paylaşa bilmirik. Qiymət və bu prosedur haqqında ətraflı məlumat sahibi olmaq üçün əlaqə formumuzu doldura bilər və ya 012-598-05-43/49 nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Kadavradan Rahim Nakli Sonucu Tıp Dünyasına Adımızı Yazdırdık! (NTV Haber)

Dünyadaki ilk Kadavradan Rahim Nakli 10 yıl önce Türkiye’de Prof. Dr. Ömer …

Devamını Oku

İleri Kadın Yaşı ve Düşük Yumurtalık Rezervine Karşı Kişiye Özel Tedavi!

Çiftimizin 16 yıllık özlemleri başka merkezlerdeki 2 başarısız denemeden sonra Bahçeci’de ilk …

Devamını Oku

İleri Kadın Yaşına Rağmen 19 Yıl Sonra Bahçeci’de Özlemleri Son Buldu!

Sevim Sadık Özdemir çifti tam 19 yıllık bebek özleminden sonra Bahçeci ekibiyle …

Devamını Oku

40 Yaşındaki Hastamıza İlk Denemede Yıllardır Beklediği Haberi Verdik!

Başka merkezlerde başarısız denemeleri olan hastamızdan genetik ayıklama yöntemi ile sağlıklı embriyomuzu …

Devamını Oku

17 Yıllık Özlem ve 4 Başarısız Denemeden Sonra Bahçeci’de Mucize Son!

Uzun yıllardır çocuk sahibi olmak isteyen çiftimiz başka merkezlerdeki başarısız denemelerden sonra …

Devamını Oku

Hollanda’daki 10 Başarısız Denemeden Sonra Bahçeci’de Mutlu Son!

Hollanda’da yaşayan çiftimiz 10 başarısız tüp bebek tedavisinden sonra Bahçeci’de hayallerine kavuşabilmek …

Devamını Oku

20 Başarısız Deneme, 43 Yaş, 0.04 AMH

0.04 AMH değerine sahip 43 yaşındaki annemiz 20 yıldır çocuk özlemi çekiyordu. …

Devamını Oku

Bahçeci Tüp Bebek’te 80.000’den Fazla Mutluluk Hikayesi!

Hastalarımızın hikayeleri farklı olsa da yaşadıkları zorluk, çektikleri özlem ve “anne-baba” oldukları …

Devamını Oku

Pulsuz ön görüşmə

Sizə Zəng Edək

Həkimlərimizlə pulsuz ön görüşmə üçün telefon nömrənizi yazın, sizə zəng edək.

    Sizə Zəng Edək

    Telefon Nömrəniz:

    və ya 0125980543 nömrəli telefondan bizə zəng edə bilərsiniz.

    [dynamichidden utmRef "CF7_URL"]


    WhatsApp
    WhatsApp
    Messenger
    Sizi Arayalım

      Ən qısa zamanda sizə zəng edək:

      [dynamichidden utmForm "CF7_get_post_var key='title'"]